Avropada sürücüsüz yük avtomobil dəstəsi ilk dəfə yola düşüb
Avropada bir neçə sürücüsüz yük avtomobil dəstəsi ilk dəfə yola çıxıb. Bu barədə “European Truck Platooning” təşkilatının məlumatında deyilir. Martın 29-da İsveç, Almaniya və Belçikadan bir neçə qruplarla yola düşən yük avtomobilləri aprelin 6-da Rotterdama çatıb. Qət edilən məsafənin ümumi uzunluğu təxminən 2,1 min km təşkil edib. Səfər "European Truck Platooning Challenge” yarışı çərçivəsində baş tutub.
“ICTnews” Elektron Xəbər Xidməti “N+1” resursuna istinadən yazır ki, qaliblər üçün sürücüsüz yük texnikasının populyarlaşmasından başqa ciddi mükafatlar nəzərdə tutmayan tədbirdə “DAF Trucks”, “Daimler Trucks”, “Iveco”, “MAN Truck & Bus”, “Scania” və “Volvo” şirkətləri iştirak edib. Sürücüsüz yük avtomobillərinin başlıca xüsusiyyəti avtomobil dəstələrini onların getdiyi ölkələrin qanunvericiliyinə uyğun qruplaşdıran proqram təminatı olub. Avropanın müxtəlif ölkələrində bir dəstədə yük maşınlarının sayı üçün fərqlənən icazələr qüvvədədir.
Səfərdə ümumilikdə altı avtomobil dəstəsi iştirak edib. Onlarda sürücüsüz avtomobillər bir-biri ilə “Wi-Fi” şəbəkəsi vasitəsilə əlaqə saxlayıb. Bundan başqa, dəstə daxilində sürəti, marşrutu və distansiyanı müəyyənləşdirən aparıcı yük maşını seçilib. Səfər barəsində ətraflı məlumat verilmir. “European Truck Platooning” təşkilatının məlumatına görə, ətraflı nəticələrin aprelin 14-də Amsterdamda Avropa Komissiyasının nəqliyyat üzrə iclasında təqdim edilməsi nəzərdə tutulur.
Tədbir təşkilatçılarının fikrincə, sürücüsüz yük maşın dəstələri insanların idarə etdiyi adi yük avtomobilləri ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. Məsələn, sürücüsüz avtomobillər cərgədə daha sıx gedərək digər hərəkət iştirakçılarına mane olmurlar. Yük maşınları arasında məlumat mübadiləsi hərəkətin sinxronlaşdırılmasını, o cümlədən dayanmanı təmin edir ki, bu da aparıcı dəstədə avtomobilin qəza əyləcini basması halında maşınların toqquşmasının qarşısını ala bilir.
Bundan başqa, tədbir təşkilatçıları güman edirlər ki, sürücüsüz avtomobil dəstələri yükləri daha tez və təhlükəsiz çatdıra biləcəklər ki, bu da iqtisadi baxımdan sərfəlidir. Nəhayət, kompüterlərin idarə etdiyi avtomobillər yanacaqdan optimal şəkildə istifadə edərək şirkətlərin yanacaq və yanma məhsullarının tullantı xərclərini azaldacaq. “European Truck Platooning Challenge” təşəbbüskarı qismində Niderland İnfrastruktur və Ətraf Mühit Nazirliyi çıxış edib.
Məlumat üçün qeyd edək ki, sürücüsüz yük avtomobil dəstəsinin ilk sınağı 2014-cü ilin yanvarında ABŞ-da keçirilib.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL