Alimlər qrafik təsviri DNT molekuluna yazmağa nail olublar
“Microsoft”un tədqiqat mərkəzinin əməkdaşları Vaşinqton Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində “ASPLOS” beynəlxalq konfransında hesabat təqdim ediblər. Məlum olub ki, onlar məlumatları dezoksiribinuklein turşusunun molekullarına yazmağa və bundan sonra yadda saxlanmış informasiyanı oxumağa nail olublar.
“ICTnews” Elektron Xəbər Xidməti “mail.ru” saytına istinadən yazır ki, əksər alimlər dezoksiribinuklein turşusunun məlumat daşıyıcısı rolunda istifadəsində maraqlıdır. Belə ki, 1 qram DNT molekulunda bir neçə yüz il müddətində milyardlarla qiqabayt məlumat yadda saxlamaq mümkündür. Bu göstərici müasir məlumat saxlama qurğularının xarakteristikasından bir neçə dəfə yüksəkdir.
Alimlər məlumat massivinin (şəkil) kodlaşdırılması üçün süni sürətdə sintez edilmiş nukleotidlər ardıcıllığından istifadə ediblər. Hər belə qrup özündə müəyyən informasiya biti yadda saxlayır. Faylların saxlanılması üçün bir massivdə birləşdirilmiş bir neçə qrup lazım olub.
Tədqiqatçılar məlumatların yazılması və oxunması zamanı səhvlərin yaranması ehtimalını azaltmaq üçün informasiyanın kodlaşdırılması üzrə xüsusi metod hazırlayıblar.
Alimlər tədqiqat prosesində DNT molekuluna 151 KB tutumunda 3 ədəd qrafik təsvir yazmağa nail olublar. Daha sonra əks alqoritmdən istifadə edərək bu təsvirləri yenidən yaradıblar.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL