waplog

Fransada reaktiv uçan aparatın sınağı keçirilib


Fransanın məşhur su “FlyBoard” (xüsusi lövhə üzərində uçuşlar etməyə imkan verən yeni ekstremal idman növü) istehsalı ilə məşğul olan “Zapata Racing” şirkəti uçan lövhənin tam avtonom versiyasının sınaqlarını keçirib.

“ICTnews” Elektron Xəbər Xidməti “N+1” resursuna istinadən yazır ki, “Flyboard UFO” adlanan reaktiv “Hoverboard” ayaq üstə idarə edilir. Kompakt reaktiv mühərriklə təchiz edilən uçan aparat 3 km hündürlüyə qalxa və saatda 150 km sürətlə hərəkət edə bilir. Yanacaq ehtiyatı 10 dəqiqəlik fasiləsiz uçuş üçün kifayət edir. Dərc edilən videoda https://www.youtube.com/watch?v=KEDrMriKsFM pilot su üzərində edilən bir neçə dövrəni təsvir edərək yerə enir. İlk uçuş 3 dəqiqə 55 saniyə davam edib.

Şirkət nümayəndələrinin sözlərinə görə, seriyalı istehsalı 2016-cı ildə planlaşdırılmayan “Flyboard UFO” hələ hazırlanma mərhələsindədir, nümayiş olunan videoda isə işləyən prototip yer alıb.
 
Əvvəllər “Flyboard” markası ilə flaybordinq (flaybordun idmançının ayağına bərkidildiyi və insanı ayrıca nasosla təzyiqi artıran su axınının reaktiv gücü sayəsində qaldıran ekstremal idman növü) üçün idman mərmiləri buraxılıb.

Bu yaxınlaradək fərdi reaktiv uçan aparatların seriyalı istehsalı olmayıb, lakin 2015-ci ildə “Martin Aircraft” və “JetPack Aviation” şirkətləri onların seriyalı istehsalına başlamaq niyyətində olmasını açıqlayıb.

Nizam Nuriyev  


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL