“Ağıllı” “Oombrella” çətiri yaxınlaşan yağış barədə xəbərdarlıq edəcək
“Wezzoo” şirkəti “Oombrella” adlanan smart çətir hazırlayıb. Daxilində temperaturu, təzyiqi, rütubəti və işıqlandırmanı ölçən ötürücülərdən istifadə olunan qurğu miniatür meteostansiya hesab edilir. Çətir yaxınlaşan yağış barədə xəbərdarlıq edərək evdən çıxanda onu götürməyi unutmamağı xatırladacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA resursuna istinadən yazır ki, “Oombrella”, həmçinin dünyada istifadəçi sayı 200 min nəfər təşkil edən “Wezzoo” sosial şəbəkəsinə qoşulub. Xidmətin mahiyyəti ondan ibarətdir ki, çətirlər hava şəraitinin dəyişməsi haqqında informasiya mübadiləsi edirlər. Odur ki, yaxınlıqda yağış başlayan zaman istifadəçi bu barədə avtomatik məlumat alacaq. Bundan başqa, “Oombrella”da çətiri itirməməyə kömək edən bildiriş funksiyası ilə təchiz edilib.
Smartfonlar üçün mobil əlavələrdə digər istifadəçilərin məlumatları əsasında hava haqqında məlumatla, eləcə də şəxsi statistika ilə tanış olmaq mümkündür. Həmçinin “Oombrella”nın tutacağı zəng və ya bildiriş gələn zaman yanıb-sönür.
Mütəxəssislər çətirin yağışdan qoruması üçün adi funksiyalarını da düşünüblər. Millər kevlardan hazırlanıb ki, bu da küləyin qarşısını daha yaxşı almağa və möhkəmliyi təmin etməyə imkan verir. O da qeyd olunur ki, çətirin yuxarı hissəsindən kamera və ya smartfon bərkidərək onların köməyi ilə “selfi” çəkmək üçün istifadə etmək olar.
Sifariş qiyməti 75 dollar təşkil edən çətiri üç rəngdə - klassik qara, əlvan çalarlı ağ və şəffaf rəngdə əldə etmək mümkündür.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL