Alimlər aviamühərriklər üçün yeni nəsil pərlər hazırlayıblar
Təyyarənin yığıldığı materialların kütləsinin azaldılması və möhkəmliyinin artırılması bu gün dünya aviakonstruktorları və alim materialşünasları qarşısında duran vacib vəzifələrdir.
"ICTnews" Elektron Xəbər Xidməti "RİA Novosti" resursuna istinadən yazır ki, rusiyalı alimlər qrupu məhz bu vəzifələrin həllinə başlayaraq aviasiya qaz-turbin mühərriklərində istifadə üçün yeni nəsil pərlər ərsəyə gətiriblər. Belə ki, mütəxəssislər dünyada ilk dəfə nikel əsaslı analoqlarından iki dəfə yüngül titan alüminium ərintisindən innovativ pərlər tökməyə nail olublar.
Qeyd olunur ki, yeni texnologiyaya keçid mühərrikin kütləsini xeyli azaltmağa imkan verəcək ki, bunun da nəticəsində uzaq məsafələrə daha çox sərnişin və ya yük daşımaq mümkün olacaq. Bundan başqa, pərlərin yeni hazırlanma texnologiyası aviamühərriklərin kompressorunda və turbinlərində olan mərkəzdənqaçma gərginliyini xeyli azaldacaq, eləcə də turbin və kompressorların ətalətini azaldaraq yanacaq sərfiyyatını və atmosferə istixana qazlarının tullantılarının buraxılmasını minimuma endirməyə imkan verəcək.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL