waplog

Dünyada ən bərk material yaradılıb


Amerikalı alimlərdən ibarət qrup bildirib ki, dünyada ən bərk material olan karbinin sabit forması əldə olunub.

Hələ 1885-ci ildə alman fiziki Adolf fon Bayer karbinin yaradılması imkanını öncədən söyləmişdi. Onun fərziyyəsinə görə, bir karbon atomu zəncirindən ibarət olan bu material qeyri-sabit formaya malik olacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “24today.net” saytına istinadən yazır ki, bu halda karbin qrafen maddəsindən 2, almazdan isə 40 dəfə möhkəmdir.

Sənayenin müxtəlif sahələrində bu materiala böyük tələbat ola bilər. Karbin nanoelektronika sahəsində tətbiq oluna bilər, hidrogenin saxlanması texnologiyaları sahəsində çevriliş etməyə imkan verər.

Lakin karbon atomu zəncirinin qeyri-sabitliyinə görə əvvəllər 100-dən çox atoma malik karbin fraqmenti yaratmaq heç kəsə nəsib olmayıb.

Bununla əlaqədar ABŞ fiziklər qrupunun kəşfi olduqca mühümdür. “Nature” nəşrində dərc edilmiş məqalədə alimlər yalnız karbin nümunələrini yaratmağa deyil, həm də gələcəkdə onun kütləvi istehsalına imkan verəcək metodu izah edirlər.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL