ABŞ-da ilk metal detalların “3D” çapı üçün zavod açılıb
ABŞ-ın “General Electric” korporasiyası Pittsburq şəhərində “3D” çap texnologiyasının köməyi ilə metal detalların istehsalı üzrə zavod istifadəyə verib.
“ICTnews” Elektron Xəbər Xidməti “Populyarnaya mexanika” resursuna istinadən yazır ki, yeni additiv texnologiyaların təkmilləşdirilməsi mərkəzi (CATA) additiv çap texnologiyaları vasitəsilə müxtəlif metal konstruksiyalar yaratmaq məqsədilə tikilib.
“3D” çap metalın mexaniki istehsalı və emalının hazır məmulatın formalaşmasının materialın təmizlənməsi ilə baş verdiyi frezerləmə və ya kəsmə kimi ənənəvi metodların əksidir.
Metal detalların additiv çapına elektron şüa əritməsi (EBM), metalların bilavasitə lazerlə bişirdilməsi (DMLS), seçmə lazer bişirməsi (SLM) və seçmə qızdırıb bitişdirmə (SLS) kimi istehsal üsulları daxildir.
“General Electric” zavodun inşasına 40 milyon dollar sərf edib. Müəssisədə metal məmulatlar çap edən və additiv “3D” çap sahəsində elmi-tədqiqi və təcrübi-konstruktor işləri ilə məşğul olan 50 işçi çalışır. ABŞ mühəndisləri ümid edirlər ki, üçölçülü çap texnologiyasından tezliklə təkcə laboratoriyalar deyil, həm də iri sənaye müəssisələri yararlana biləcək.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL