waplog

“Azərkosmos” və Şamaxı Astrofizika Rəsədxanası səylərini birləşdirirlər


“Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) mütəxəssisləri ilə  görüş keçirilib. Görüşdə kosmosa atılmış kənar cisimlərin “Azerspace-1” peyki üçün yarada biləcəyi risklər, peyklərin trayektoriyalarının kəsişməsi problemi, teleskoplardan istifadə etməklə peyklərin müşahidə edilməsi, onların dəqiq koordinatlarının hesablanması, eləcə də nanopeyklərin hazırlanması və astrofiziki kosmik eksperimentlərə dair müzakirələr aparılıb.

Görüşdə ŞAR-ın rəsmilərinə “Azərkosmos” ASC, “Azerspace-1” peyki və onun texniki xüsusiyyətləri, “Azersky” peykinin tətbiq sahələri və növbəti peyk layihələri haqqında ətraflı məlumat verilib.

Eyni zamanda, görüşdə ölkəmiz üçün kosmik sənayenin inkişafının əhəmiyyəti və Şamaxı Rəsədxanasının kosmos tədqiqatlar sahəsinə verdiyi töhfələr haqda fikir mübadiləsi aparılıb.

Görüşün sonunda “Azərkosmos”la Şamaxı Astrofizika Rəsədxanası arasında “Azerspace-1” peykinə təhlükə yaradan kosmik tullantıların, peyklərin toqquşma riskinin hesablanması və bu haqda “Azərkosmos”un öncədən məlumatlandırılması, həmçinin vaxtaşırı olaraq teleskop vasitəsi ilə “Azerspace-1” peykinin şəkillərinin çəkilməsi və koordinatlarının hesablanmasına dair razılıq əldə olunub.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL