Mina axtarışında ən müasir texnologiyalardan istifadə olunur
Bu gün Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən müasir informasiya texnologiyaları geniş şəkildə tətbiq edilir.
Bu barədə ANAMA-nın baş direktoru Nazim İsmayılov “ictnews”-a bildirib. Onun sözlərinə görə, qurum bu istiqamətdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə əməkdaşlıq edir.
“Mina axtarışı üçün bizdə ən müasir texnologiya ilə təchiz olunmuş avadanlıqlar var. Azərbaycanın relyefinə dair ən müasir elektron xəritələrdən istifadə edirik.
Müasir informasiya və kommunikasiya texnologiyaları bizə imkan verir ki, ən dəqiq məlumatlar əsasında fəaliyyətimizi davam etdirək ” - deyə N.İsmayılov bildirib.
Onun sözlərinə görə, 10 il ərzində ANAMA tərəfindən 126 milyon kvadratmetr ərazi mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənib. 600 minə yaxın mina və PHS tapılaraq zərərsizləşdirilib. Hazırda əməliyyatlar davam edir.
N. İsmayılov daha sonra qeyd edib ki, mina və PHS təmizlənməsi işlərini tam olaraq 2013-cü ilə yekunlaşdırmaq planlaşdırılır: “Amma bu, qısa strategiyadır.
Milli potensialı hazırlamağı və işğal olunan ərazilər azad olunandan sonra dərhal təmizləmə əməliyyatlarına başlamağı qarşıya əsas məqsəd qoymuşuq.
Bunun üçün ən müasir texnologiyalarla təchiz olunan xüsusi mina təmizləyən robot maşınlar alınır ”.
Baş direktor müasir texnologiyaların köməkliyi ilə işğal olunan əraziləri minalardan təmizləmək üçün ən azı 8-12 il vaxt lazım olacağını da qeyd edib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL