waplog

Qeyri-adi sualtı robot yaradılıb


Norveçin “Kongsberg Maritime” şirkəti suyun altında üzən ilan formasında robot təqdim edib. Bu yenilik dəniz inspeksiyası və avadanlığın təmiri üçün nəzərdə tutulub.

“Eelume” adlı robotun yaradılmasına 10 il vaxt sərf olunub. Plana görə, sözügedən robot suyun altında tədqiqat aparan böyükölçülü və bahalı aparatları əvəz edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “mail.ru” saytına istinadən yazır ki, elastiklik və möhkəmlik kimi xüsusiyyətləri sayəsində robot çətinliklə gedilə bilən obyektlərə tərəf üzə bilər. Robot məsafədən idarəetmə pultu vasitəsilə idarə olunur.

Bu robot, əsasən ərazinin monitorinqi üçün yaradılıb:  bəzi sahəni  işıqlandıra, gördüklərini videoya yaza və avadanlığı zədələnmə baxımından tədqiq edə bilər.



Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL