“Viber” mesaj və zəngləri şifrləməyə başladı
Populyar “Viber” messencerinin komandası “E2EE” (“End-to-end encryption”) şifrləməsini işə salıb. Məlumat üçün bildirək ki, “E2EE” (“End-to-end encryption”) şifrləməsindən istifadə zamanı mesajlar yalnız yazışmada iştirak edən istifadəçilər tərəfindən oxunula bilər, messencerin yaradıcıları, provayderlər, hakerlər, hökumət idarələri və başqa kənar şəxslər mesajların deşifr edilməsi üçün lazımi açarlara giriş imkanına malik deyillər.
“ICTnews” Elektron Xəbər Xidməti “news.rambler.ru” saytına istinadən yazır ki, mesajların tam şifrlənməsi funksiyası “Viber” messencerinin yeni versiyasının (6.0) istifadəçilərinə əlçatandır. Sözügedən funksiyanı aktivləşdirmək üçün proqramda təkrar autentifikasiyadan keçmək lazımdır. Qrup çatlarındakı mesajlar daxil olmaqla, zənglər və bütün mesajlar şifrlənir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL