waplog

“Elektron hökumət” portalına inteqrasiya olunan Ünvan Reyestri İnformasiya Sistemi qurumlarla informasiya mübadiləsinə hazırdır


“Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2013-cü il tarixli, 18 nömrəli Fərmanında əks olunan tapşırıqların təmin olunması məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin Ünvan Reyestri İnformasiya Sistemi (ÜRİS) “Elektron hökumət” portalına inteqrasiya edilib.
 
Bakı şəhərinin rayonlarının məkan məlumatları: inzibati ərazi vahidləri, poçt indeksləri, bina poliqonları, torpaq parselləri, yol-küçə şəbəkəsinin rəqəmsal xəritələri Ünvan Reyestri İnformasiya Sisteminə inteqrasiya olunub. ÜRİS-nin mətn və qrafik bazalarına daxil edilmiş qrafiki məlumatlara əsasən Bakı şəhərində 175 küçə üzrə daşınmaz əmlak obyektlərinə 35000-dən çox giriş və 70000-dən çox daxili ünvan təyin edilərək sistemə daxil edilib. Bu informasiya sistemi təcili tibbi yardım, fövqəladə hallar, poçt və sair xidmətlərin fəaliyyəti zamanı  operativliyin təmin edilməsi, lazımi ünvanların axtarışında vaxt itkisinin qarşısının alınmasını təmin edəcək.
 
Qeyd edək ki, bu sistemin yaradılmasında başlıca məqsəd Ünvan Reyestri İnformasiya Sistemi ilə digər dövlət orqanlarının malik olduqları informasiya sistemlərinin, inteqrasiyasının müəyyənləşdirilməsi və qarşılıqlı informasiya mübadiləsinin həyata keçirilməsidir.
 
Ünvan Reyestri İnformasiya Sistemində daşınmaz əmlak obyektlərinin ünvanları barədə toplanmış məlumatlardan “Elektron hökumət” portalına inteqrasiya olunmuş digər qurumlarda  istifadə edə bilərlər. Bu halda Ünvan Reyestri İnformasiya Sisteminin avtomatlaşdırılmış informasiya təminatından səmərəli və praktiki istifadəsi ilə yanaşı, informasiya təhlükəsizliyi də təmin ediləcək.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL