“Blackberry” smartfon bazarını tərk edir
Kanadanın “Blackberry” şirkəti smartfon istehsalından birdəfəlik imtina edərək diqqəti proqram təminatının yaradılmasına yönəltməklə bağlı qərar qəbul edib.
“ICTnews” Elektron Xəbər Xidməti “Qazeta” resursuna istinadən yazır ki, şirkət rəhbəri Karl Vayz bildirib ki, son vaxtlar proqram təminatının satışı gözləntiləri üstələyib.
“Ötən il konfransda maliyyə analitiklərinin bütün sualları telefonlarla bağlı idi. Biz proqram təminatından 500 milyon dollar qazanc götürmək niyyətində olduğumuzu açıqlayanda, bunu heç də hamı birmənalı qarşılamadı. Bu gün biz bu məqsədə nail olduq və indi analitiklərin bütün sualları yalnız proqram təminatına aid verilir”, - Vayz vurğulayıb.
“BlackBerry” iri smartfon istehsalçısıdır. Son illər ərzində şirkətin dünya bazarında payı azalmağa başlayıb və bunun nəticəsi olaraq smartfon istehsalı dayandırılır.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL