Qlobal smartfon bazarında ilk dəfə azalma qeydə alınıb
“Reuters” agentliyi “Strategy Analytics” tədqiqat şirkətinə istinadən yazır ki, 2016-cı ilin birinci rübündə qlobal smartfon bazarında ilk dəfə tədarük həcmi azalıb.
“ICTnews” Elektron Xəbər Xidməti “gazeta.ru” saytına istinadən yazır ki, analitik şirkətin məlumatına görə, cari ilin yanvar-mart aylarında 334.6 milyon qurğu tədarük edilib. Halbuki ötən ilin müvafiq dövründə bu göstərici 345 milyon cihaz təşkil etmişdi.
“Samsung Electronics Co” şirkəti, əvvəlki kimi, ən böyük smartfon istehsalçısıdır, onun tədarük həcmi 4.5% azalaraq 79 milyon qurğu təşkil edib. Smartfon bazarında “Samsung”un payı ötənilki nəticəyə nisbətdə cüzi azalıb: 24%-dən 23,6%-dək.
“Apple” korporasiyası ikinci yeri tutub: bu şirkətin smartfonlarının tədarükü 16% azalaraq 51.2 milyona bərabər olub. Bazarda şirkətin payı 17,7%-dən 15,3%-dək azalıb.
Analitiklər smartfon bazarındakı azalmanı dünya iqtisadiyyatının vəziyyəti ilə izah ediblər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL