waplog

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu Startap ekosisteminin inkişafına dəstək verir


Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunda "Startap Azərbaycan" layihəsi çərçivəsində "Startap ekosisteminin inkişafında biznes inkubatorlarının, akseleratorların və digər dəstək proqramlarının rolunun gücləndirilməsi" mövzusuna həsr olunmuş görüş keçirilib.
 
 
Görüşün əsas məqsədi ölkədə Startap hərəkatının genişlənməsi, innovativ layihələrin inkişafı və bu sahədə mövcud problemlər haqqında fikir mübadiləsi aparmaq olub.
 
Həmçinin, startapların kommersiyalaşdırılması, investorlar klubunun yaradılması və İT layihələrə maliyyə yatırımı edən investorların maraqlarının qorunması, startap mədəniyyəti, biznes inkubator və akseleratorlarda fəaliyyət göstərən müəllim-tələbə heyətinin stimullaşdırılması və digər məsələlər müzakirə edilib.
 
Fondun icraçı direktoru Elçin Zeynalov görüşün məqsədi və Fondun startap layihələrə göstərdiyi dəstək haqqında məlumat verib.
 
Tədbirdə iştirak edən "Startap Azərbaycan" Hərəkatı, Yüksək Texnologiyalar Parkı, Qafqaz Universitetinin Texnoparkı, Memarlıq və İnşaat Universitetinin Biznes İnkubatoru, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "NextStep" İnnovasiya Mərkəzi, "Azercell"in Barama İnnovasiya Mərkəzi, "Bakcell"in "AppLab" İnnovativ Mobil İnkişaf  Mərkəzi, "Baku Business Factory" və digər startap ekosisteminin üzvləri də çıxış ediblər.
 
 Görüşün sonunda startap layihələrinin inkişafı üçün konkret təkliflər müzakirə olunub, təqdim olunan təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
 
Qeyd edək ki, Fondun əsas məqsədi İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım etmək, innovativ sahibkarlıq fəaliyyətini dəstəkləmək, intellektual biznes, innovasiya və elmi-tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, bu sahəyə yerli və xarici investisiyaları cəlb etməkdən ibarətdir.
 
Məlumat üçün bildirək ki, Fond tərəfindən 3 qrant müsabiqəsi keçirilib. Bu müsabiqələr çərçivəsində Fonda 461 layihə təqdim edilib. Onlardan 62-si bütün mərhələlərdən keçərək Fondun Müşahidə Şurası tərəfindən qalib elan edilib. Qrant müsabiqələrinin qaliblərinə ümumilikdə 860 000 manatdan artıq vəsait ayrılıb ki, bu da öz növbəsində innovativ bizneslə məşğul olan gənc sahibkarların öz ideyalarını reallaşdırmasında önəmli rol oynayıb.  Qrant müsabiqələrinin qaliblərinin 43 %-i yaşı 29-dan aşağı olan şəxslərdir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL