Bakıda ÜPİ-nin “Avropa və MDB ölkələrində keyfiyyətin yaxşılaşdırılması və loqistika şəbəkəsinin təkmilləşdirilməsi” adlı yekun seminarı keçirilir
Ümumdünya Poçt İttifaqının dəstəyi (ÜPİ), Regional Rabitə Birliyi (RRB) və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Bakıda ÜPİ-nin "Avropa və MDB ölkələrində keyfiyyətin yaxşılaşdırılması və loqistika şəbəkəsinin təkmilləşdirilməsi" adlı yekun seminarı keçirilir.
Seminar Ümumdünya Poçt İttifaqının Strateji regional layihəsi çərçivəsində reallaşır.
Tədbirdə ÜPİ-nin ekspertləri və Regional Rabitə Birliyinə üzv ölkələrin sahə üzrə səlahiyyətli nümayəndələri iştirak edirlər.
Xidmətin keyfiyyəti, etibarlılığı və poçt şəbəkələrinin effektivliyinin artırılmasına həsr olunan seminarda RRB üzvü olan ölkələrdə fəaliyyət planının icrası, həyata keçirilən tədbirlərin analizi, məhsulların təkmilləşdirilməsi, təcrübə mübadiləsi, eləcə də fəaliyyət planı üzrə atılacaq növbəti addımlar müzakirə olunur.
Tədbirdə Avropa və MDB ölkələri üçün ÜPİ-nin regional layihələrinin koordinatoru Yuri Spiriev və ÜPİ-nin baş eksperti Yan Boynanski keyfiyyətin yaxşılaşdırılması və loqistika şəbəkəsinin təkmilləşdirilməsi üzrə Avropa və MDB ölkələrindəki vəziyyət, layihə çərçivəsində əldə olunan nəticələr haqda hesabatla çıxış ediblər.
Daha sonra poçt sahəsi üzrə təyin olunmuş operatorların, o cümlədən, Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Tacikistan və digər ölkələrin poçt sektorunda layihə üzrə əldə olunan əsas göstəriciləri əks etdirən təqdimatlar dinlənilib.
Seminar fəaliyyətini mayın 5-də yekunlaşdıracaq.
6 may tarixində isə Regional Rabitə Birliyinin Poçt Rabitəsi üzrə Komissiyası və Poçt Rabitəsi Operatorlar Şurasının 41/30-cu birgə iclası keçiriləcək.
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Poçt sektorunun müdiri Novruz Məmmədovun sədri olduğu RRB-nin Poçt Rabitəsi üzrə Komissiyası və Poçt Rabitəsi Operatorlar Şurasının birgə iclasında gündəlikdə bir sıra məsələlər yer alıb.
Müzakirə olunacaq məsələlərə ÜPİ-nin 25-ci Konqresinin qərarlarının yerinə yetirilməsi üzrə Tədbirlər Planının icra vəziyyəti, ÜPİ-nin 26-cı İstanbul Konqresinə hazırlanmış Ümumi təkliflərin müzakirəsi, RRB-nin İşçi qruplarının hesabatlarının dinlənilməsi, RRB-nin 25 illiyinin qeyd edilməsi ilə bağlı hazırlıq və digər məsələlər daxildir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL