“Elektron hökumət” portalının “Android” versiyası istifadəyə verildi
"Android" əməliyyat sistemində çalışan mobil cihazların istifadəçiləri də "Elektron hökumət" portalının (e-gov.az) mobil versiyasından faydalana biləcəklər.
Portalın mobil versiyası xüsusi olaraq portativ qurğular üçün optimallaşdırılıb. Bu da tətbiqdən istifadə rahatlığını təmin edir, həmçinin, internet trafikə qənaət olunmasına səbəb olur.
Mobil əlavəyə giriş e-imza kartı, istifadəçi adı/şifrə, mobil İD vasitəsilə mümkündür.
"Android" əməliyyat sistemində çalışan mobil cihaz istifadəçiləri ilk vaxtlar "Elektron hökumət" portalı üzərindən təqdim olunan 423 elektron xidmətdən 18-nə öz mobil cihazları vasitəsilə müraciət edə biləcək.
Mobil versiyada Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 7, Daxili İşlər Nazirliyinin 1, Ədliyyə Nazirliyinin 1, Səhiyyə Nazirliyinin 3 elektron xidmətindən, həmçinin, 6 adda arayışdan faydalanmaq imkanı yaradılıb.
Həmçinin, "Elektron hökumət" portalının mobil əlavəsi vasitəsilə vətəndaşlar kommunal, ipoteka, Dövlət Yol Polisi tərəfindən tətbiq olunan cərimələr barədə real vaxt rejimində xəbər tuta biləcəklər. Tətbiqin "istifadəçi məlumatları", "favorit elektron xidmətlər" və "son yeniliklər" kimi funksionallıqları var.
Mobil tətbiq vasitəsilə aidiyyəti suallarla bağlı "157 Zəng Mərkəzi"nə müraciət etmək mümkündür.
Qeyd edək ki, sözügedən tətbiqi "Play Store"da "Elektron hökumət portalı" yazıb axtarış etməklə mobil qurğuya yükləmək olar.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL