waplog

Süni intellekt ağrını müəyyənləşdirmək qabiliyyətinə yiyələnib


Finlandiyada yerləşən Oulu Universitetinin alimləri tərəfindən hazırlanmış süni intellekt insanın sifətindəki ifadədən ağrını müəyyənləşdirir. Alqoritm 16 ağrı səviyyəsini fərqləndirmək qabiliyyətinə malikdir.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, süni intellekt insanın sifətində müşahidə olunan dəyişiklikləri “oxuyaraq” onun nə zaman ağrı hiss etməsini müəyyən edir.

Yaradıcılar tərəfindən keçirilmiş tədqiqatda təxminən 200 insan iştirak edib, ona görə sistem minimum səhvə yol verməklə ağrını müəyyənləşdirməyi öyrənib.

Tədqiqatçılar süni intellekti tibb müəssisələrində istifadə etməyi planlaşdırır. Belə ki, süni intellekt xəstənin sifətində ağrı hiss edən kimi xəstəxana heyətini avtomatik xəbərdar edəcək. Bunun üçün palatalarda kameralar quraşdırmaq lazım gələcək.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL