waplog

Dünyada ən yığcam kompüter təqdim edilib


“ASRock” şirkəti dünyada ən yığcam masaüstü kompüterlər kimi təqdim edilmiş “DeskMini” adlı yeni fərdi kompüter seriyasını nümayiş etdirib. Bu, yeni FK-lərin daxilində bu yaxınlarda “Intel” korporasiyası tərəfindən təqdim edilmiş yeni “mini-STX” standartına malik sistem lövhələrinin mövcudluğu ilə izah edilir.

“Fareast Gizmos” portalı yazır ki, “mini-STX” və ya “mini-Socket Technology Extended” form-faktoru yalnız sistem lövhəsinin ölçülərinin yığcam olmasını deyil, həmçinin onun müasir prosessorlarla birgə istifadə imkanını nəzərdə tutur. Belə ki, 5x5 düym və ya 12.5x12.5 sm standart ölçülü sistem lövhəsi “Intel LGA 1151” konnektoru ilə təchiz edilə bilər ki, nəticədə ona “Intel” şirkətinin bütün müasir masaüstü prosessorları quraşdırıla bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “infox.ru” saytına istinadən yazır ki, orta sinfə məxsus tam ölçülü sistem bloku səviyyəsində məhsuldarlığı təmin edən “ASRock DeskMini” kompüteri işçi masada az yer tutur, həmçinin sözügedən qurğunun sahibləri ona yeni prosessor quraşdıra və əməli yaddaşın tutumunu artıra bilərlər. Bundan başqa, yeni kompüterin korpusunda 2.5 düym form faktorda sərt disk və ya sərtgövdəli daşıyıcı üçün montaj paneli var.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL