waplog

Robot cərrah ilk dəfə tam əməliyyat edib


ABŞ-ın hüceyrələrlə iş üçün nəzərdə tutulan “Smart Tissue Autonomous Robot” (STAR) “ağıllı” avtonom robotu tarixdə ilk dəfə canlı orqanizmin yumşaq toxumalarında əməliyyat keçirərək bağırsaq anastomozuna tikiş qoymağa (nazik bağırsaq elementlərinin birləşdirilməsi) nail olub.

“ICTnews” Elektron Xəbər Xidməti “Delo” resursuna istinadən yazır ki, hazırda robotlar cərrahları tam əvəz edə bilmir. Belə ki, robotlar kəsmə, sapları keçirmə və düyünləmə əməliyyatlarını dəqiq yerinə yetirsələr də, onların vizual sistemləri keyfiyyət baxımından ürəkaçan deyil. Robotların daxili orqanlar, qan damarları və digər insan orqanizmi elementləri arasında sərhədləri yaxşı seçə bilmədiyindən onlar indiyədək aparılan əməliyyatlarda yalnız insanlara yardımçı rolunda çıxış ediblər.    

Lakin “STAR” bu problemi yaxın infraqırmızı diapazonda flüoressensiya və plenoptik vizullaşdırma texnikası sayəsində qismən həll edə bilib. Belə ki, avtonom robot bir neçə videokamera təsvirini müqayisə etməklə dünyanın üçölçülü modelini yaradıb. Öz hərəkətlərinə maksimum dəqiqliklə nəzarət etmək üçün “STAR” səkkiz dərəcəli müstəqilliyə malik manipulyatordan istifadə edib.

Bildirilir ki, “STAR” insanın rəhbərliyi altında bağırsaq anastomozuna tikişləri cərrah həkimlər kimi yaxşı qoya bilib. Lakin robot bütün bu manipulyasiyalar üçün beş dəfə çox vaxt sərf edib.  

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL