Nanorobotlar insan orqanizmini infeksiya və xərçəng xəstəliyindən qoruyacaq
“Google” şirkətinin texniki direktoru, dünyanın ən nüfuzlu futuroloqlarından biri hesab edilən Rey Kursveyl “Playboy”a müsahibəsində 2020-ci illərdə insan həyatının dəyişməsi haqda danışıb. Onun sözlərinə görə, bir neçə il sonra nanorobotlar tərəfindən insan orqanizmində immunitet və xərçəng şişinin qarşısının alınması təmin ediləcək.
“ICTnews” Elektron Xəbər Xidməti “mail.ru” saytına istinadən xəbər verir ki, Kursveylin fikrincə, artıq 2020-ci illərdə tibb sahəsində nanorobotların aktiv tətbiqinə başlanılacaq. İnsanın immun sistemi funksiyalarını yerinə yetirəcək nanorobotlar istənilən yoluxucu xəstəliklərin inkişafı ilə bağlı öncədən xəbərdarlıq edəcək.
Qanaxma və hüceyrələr arasında hərəkət edə biləcək qurğu infeksiya daşıyıcılarına və xərçəng şişinə qarşı müqavimət göstərəcək canlı T-limfositləri əvəz edəcək.
Kursveyl, onu da bildirib ki, nanorobotlar, həmçinin bütün mümkün patogenlərə qarşı müqavimət göstərmək üçün proqramlaşdırıla bilər. Yeni təhlükələrlə mübarizə üçün informasiyanı internetdən yükləmək mümkün olacaq.
Əbədi həyat
“Google”un texniki direktoru texnoloji sinqulyarlıq konsepsiyasını irəli sürür. O, belə iddia edir ki, hansısa bir məqamda irəliləyiş o qədər mürəkkəb və sürətli olacaq ki, insan sadəcə baş verənləri anlaya bilməyəcək. Bu halda biotexnologiyalar, süni intellekt və özü istehsal olunan maşınlar maddi bolluğu, tibbi texnologiyalar isə əbədi həyatı təmin edəcək.
Kursveyl hesab edir ki, tibb sahəsində irəliləyiş artıq 2029-cu ildə insan ömrünü uzatmağa imkan verəcək. Alim və ixtiraçı öz kitablarında iddia edir ki, 2045-ci ildə insanlar əbədi həyata qovuşa biləcəklər, amma indi o hesab edir ki, həmin an daha tez baş verəcək.
2029-cu ildə qeyri-bioloji ağıl bütün bəşəriyyətin ümumi məhsuldarlığı ilə müqayisə edilə biləcək səviyyəyə çatacaq.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL