Dünyada ən kiçik fotokamera təqdim edilib
Öz qeyri-adi məhsulları ilə məşhur olan “Hammacher Schlemmer” şirkəti dünyada ən kiçik fotokameranı təqdim edib.
Qurğunun çəkisi təxminən 15 qramdır və barmağın ucunda yerləşə bilər: fotoaparatın ölçüləri bütün tərəflər üzrə 25 millimetri bir az ötür.
Yenilik 2 meqapiksel matrislə, 32 qiqabayt tutuma qədər olan “MicroSDHC” yaddaşı fləş kartları üçün slotla və “USB” interfeysi ilə təchiz edilib.
“JPEG” şəkillərin 1600×1200 nöqtə kəskinlikli çəkilişi, 640×480 piksel kəskinlikli və saniyədə 30 kadr sürətlə “AVİ” formatında olan videomaterialların yazılması mümkündür.
Mini-fotoaparatın akkumulyatoru “USB” port vasitəsilə doldurulur; qeyd edilib ki, bir dəfə yükləmə 30 dəqiqə fasiləsiz çəkiliş deməkdir. Qeyri-adi fotokameranı100 dollara almaq olar (komplektdə 2 QB-lıq MicroSD-kart var).
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL