Toxumalarda damarların genişlənməsini stimullaşdıran konstruksiyalar yaradılıb
Rusiya və Çin alimlər qrupu işemiyaya məruz qalan toxumaların genişləndirilməsi üçün istifadə oluna biləcək konstruksiyalar hazırlayıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “gazeta.ru” resursuna istinadən yazır ki, alimlər “hüceyrə təbəqəsi” adlanan mühəndis toxuma konstruksiyaları yaradaraq onların köməyi ilə işemiyadan əziyyət çəkən toxumalarda damarların genişləndirilməsini və regenerativ proseslərin stimullaşdırılmasını mümkün ediblər. Layihə müəlliflərindən biri, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin mütəxəssisi Pavel Makareviçin sözlərinə görə, əldə edilən nəticələrdən hüceyrə təbəqələrindən tərkibində sintetik və ksenogen komponentlərin olmadığı effektiv biomaterial kimi istifadəsinə əsaslanmaqla yeni regenerativ tibb üsulunun hazırlanmasının mümkün olması ilə bağlı qərar qəbul edilib.
Bildirilir ki, əldə olunan nəticələr regenerativ tibbə töhfə verəcək, onun əsasında hazırlanan toxuma protezlərinin və toxuma ekvivalentlərinin formalaşma metodları yaxın gələcəkdə - 3-5 il ərzində yanıq zədələrinin, trofik xoraların və digər zədələrin, ürək xəstəliklərinin, əl-ayaq işemiyasının, həmçinin hazırda mövcud metodlarla müalicəsi, demək olar, qeyri-mümkün olan digər yayılmış xəstəliklərin müalicəsi üçün əsas texnologiya ola bilər.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL