waplog

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri “Yaşıl dağ” sosial aksiyasında iştirak ediblər


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA (Ətraf mühitin mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi ilə kağız tullantıların toplanmasına həsr olunmuş "Hər kağızı bir yarpağa dəyişək" layihəsi çərçivəsində növbəti "Yaşıl dağ" sosial aksiyası keçirilib.
































Kağız israfının azaldılması və təkrar emalın təşviqi yolu ilə ağacların qorunması, təbiətin mühafizəsi və ekoloji balansın saxlanılmasını hədəfləyən layihə ətraf mühitin çirklənməsinin qarşısının alınması, tullantıların düzgün idarə olunmasını təbliğ etmək məqsədi daşıyır.


























5 saylı Bakı "ASAN xidmət" mərkəzində baş tutan, dövlət qurumları, qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri, eləcə də vətəndaşların iştirak etdiyi sosial aksiyaya Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) nümayəndələri də öz töhfələrini veriblər. Aksiyada fəal iştirak edən rabitəçilər topladıqları kağız tullantıları "ASAN xidmət" mərkəzində yaradılmış simvolik "Yaşıl dağ"a təhvil veriblər.








































































Qeyd edək ki, indiyə qədər Sumqayıt, Sabirabad və Bərdə şəhərlərində keçirilən sosial aksiyanın bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL