waplog

Bu gün 17 May - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd edilir


Bu gün bütün dünyada 17 May - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd edilir.
 
Bu ümumbəşəri tarixin qeyd olunması sonradan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlanan Beynəlxalq Teleqraf İttifaqının 17 may 1865-ci ildə əsasının qoyulması ilə sıx bağlıdır. İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin 2005-ci ildə Tunisdə keçirilən ikinci mərhələsi çərçivəsində BMT Baş Assambleyasına 17 may tarixinin "Beynəlxalq informasiya cəmiyyəti günü" elan edilməsi ilə bağlı müraciət qəbul edilir.
 
 
Beləliklə, Beynəlxalq Telekommunikasiya İttifaqı 2006-cı ildə 17 may tarixinin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilməsi ilə bağlı qərar qəbul edir və hər il beynəlxalq səviyyədə dünyanın əksər ölkələrində 17 may tarixi ilə əlaqədar müxtəlif tədbirlər keçirilir.
 
 
"Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü"nün əsas məqsədi və əhəmiyyəti internetdən və informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin cəmiyyət və ölkələrə verdiyi imkanlar, eyni zamanda rəqəmli fərqliliyin aradan qaldırılması ilə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək göstərməkdir.
 
Bu tarix hər il müxtəlif mövzular altında qeyd edilir və 2016-cı ildə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü "Sosial təsirlər naminə İKT sahəsində sahibkarlıq fəaliyyəti" mövzusuna həsr edilib. Mövzu BTİ-nin İKT-nin gənc novator və sahibkarlar, kiçik və orta sahibkarlıq novatorluğu, yenicə fəaliyyətə başlayan şirkətlər və texnoloji mərkəzlər üçün innovativ hərəkətverici qüvvə kimi və diqqəti inkişaf etməkdə ölkələrin kiçik və orta sahibkarlığına yönəltməklə beynəlxalq dayanıqlı inkişaf məqsədlərinə nail olmaq naminə irəliləyişin sürətləndirilməsinə yönələn praktikada həyata keçirilə biləcək həllərin potensialının açılması üzrə fəaliyyətinə uyğun seçilib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL