waplog

Cənubi Koreya alimləri dərialtı günəş batareyası yaradıblar


Koreya Respublikasının Kvancu Elm və Texnologiyalar İnstitutunun mütəxəssisləri insan dərisinin altına orqanizmə implantasiya edilən cihazların, məsələn, kardiostimulyatorların fasiləsiz enerji ilə təmin edilməsi  üçün yerləşdirilə bilən miniatür günəş batareyası hazırlayıblar. Bu barədə ölkənin Elm, İnformasiya Texnologiyaları və Proqnozlaşdırma Nazirliyinin məlumatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, alimlər qeyd ediblər ki, insan orqanizminə cərrahi müdaxilə yolu ilə yerləşdirilən adi tibbi elektrik cihaz batareyaları 5-8 il işləyərək təsir göstərir. Bundan sonra onların dəyişdirilməsi üçün təkrar əməliyyat tələb olunur. “Bizim kəşfimiz elektrik enerjisi çatışmazlığı ilə bağlı problemin həllinə imkan verir, eləcə də enerjini sutka ərzində günəş şüalarından 2 saat toplamaqla təmin edir”, - mütəxəssislər vurğulayıblar.  

Bildirilir ki, kəşf Cənubi Koreya hökumətinin maliyyələşdirdiyi layihə çərçivəsində edilib. Batareya  1/15 insan saçı qalınlığında (6-7 mikrometr) olan elastik plastin şəklindədir. Gücü 647 Vatt təşkil edən batareya 0,07 kv.sm yer tutur. Mütəxəssislərin sözlərinə görə, yeni batareya hətta insan dəriyə günəş şüaları ilə birlikdə daxil olan ultrabənövşəyi şüaların qarşısını alan dərman yaxanda da uğurla enerji toplaya bilir.
“Biz kəşfimizin insan orqanizminə yerləşdirilən və külli miqdarda enerji xərcləri tələb edən elektron cihazlarda aktiv istifadə ediləcəyini gözləyirik”, - miniatür batareyanı yaradan alimlər qrupunun rəhbəri professor Li Çjon Ho bildirib.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL