Dünya rəssamlıq əsərləri rəqəmli formata keçirilməyə başlanıb
"Google" şirkəti dünya rəssamlıq əsərlərini rəqəmli formata keçirməyə kömək edəcək kameralar üzərində işi başa çatdırıb.
"ICTnews" Elektron Xəbər Xidməti "N+1" resursuna istinadən yazır ki, yeni robotlaşdırılmış "Art Camera" kameralar seriyası onlayn rejimdə məşhur rəssamların müəllifi olduqları şəkilləri nümayiş etdirən "Google Cultural Institute" İncəsənət İnstitutu üçün hazırlanıb. Şirkətin məlumatına görə, muzeylərə pulsuz veriləcək fotoaparatdan yalnız onlar istifadə edə biləcəklər.
Bildirilir ki, kameranın rəsm əsərini rəqəmli formata keçirməsinə başlaması üçün onun kənarları göstərilməli və bundan sonra "Art Camera" şəkilin perimetri üzrə müstəqil hərəkət edərək ətraflı hazırlanmış şəkillər əldə edir və onları "Google" serverlərinə yükləyir. Orada isə şəkillər birləşərək yüksək təsvir ölçüsündə bütöv şəkil əmələ gəlir.
"Google" texnologiya barədə ətraflı məlumat verməsə də, "giqapikselli şəkillər" terminindən istifadə edir. Bundan başqa, "Art Camera" avtomatik fokuslama lazer köməkçisi və hidrolokatorla (sonar) təchiz edilib. Həmçinin şirkət rəsm əsərlərinin çəkilmə prosesini xeyli sürətləndirməyə nail olmasını açıqlayıb. Belə ki, əvvəllər 1x1 ölçüsündə rəsm təsvirlərini əldə etmək üçün bir gün lazım olurdusa, indi bunu təxminən 30 dəqiqəyə həyata keçirmək mümkündür. "Google"un ümumilikdə 20 kamera yaratmasına görə prosesin eyni vaxtda bir neçə muzeydə getməsi nəzərdə tutulur.
Bununla belə, bir neçə məhdudiyyətin yer aldığı kamera "3D" obyektləri və böyük şəkilləri (ölçü barədə məlumat verilmir) rəqəmli formata keçirə bilmir. Hazırda mindən çox əsər "Google Cultural Institute" İnstitutunun saytında pulsuz yerləşdirilib.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL