Yenidən hiss etməyə imkan verən süni əl təqdim edilib
Gözləri bağlı pasiyent sınaq zamanı alimlərin mexaniki barmaqlardan hansına toxunduğunu müəyyənləşdirib. Belə protez ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyinin (“DARPA”) tapşırığı üzrə Con Hopkins İnstitutunun alimləri tərəfindən hazırlanıb.
“ICTnews” Elektron Xəbər Xidməti “ilenta.ru” saytına istinadən xəbər verir ki, müasir texnologiyalar artıq düşüncənin gücü ilə süni əl-ayağın hərəkətini idarə etməyə imkan verir. Həmçinin Con Hopkins İnstitutunda belə protezlərin hazırlanması ilə məşğul olurlar və ilk sınaqlar uğurlu keçib. Müasir süni protezlə təchiz edilmiş pasiyent 40 ildə ilk dəfə müxtəlif əşyaları sərbəst əlinə götürüb. Ancaq bu protezlər əks-əlaqəni təmin etməyib, yəni protezdən beyinə sensor məlumatlar ötürülmədiyinə görə hərəkətlərdə çətinlik qeydə alınıb.
Təkmilləşdirilmiş protez süni əl və pasiyent arasında ikitərəfli kommunikasiyanı təmin edir. Daxili sensorlar protezin kontakta girməsini müəyyənləşdirir və mexaniki gücü elektrik siqnallarına çevirərək pasiyentin beyninə ötürür.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL