waplog

Ümumdünya Poçt İttifaqının dəstəyi ilə məktəblilər arasında keçirilən epistolyar inşa müsabiqəsinin respublika üzrə qalibləri müəyyənləşib


Ümumdünya Poçt İttifaqının (ÜPİ) dəstəyi ilə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti Təhsil Nazirliyi ilə birlikdə bu il də respublika məktəbliləri arasında inşa müsabiqəsi keçirib.
 
Müsabiqəyə ÜPİ,  "Azərpoçt" MMC və Təhsil Nazirliyi üzrə  hər biri 1 mövzu olmaqla 3 mövzu -  "Özündən "45 yaşındakı özünə"  məktub yaz (15 yaşa qədər olan məktəblilər)", "Ana dili (B.Vahabzadə)" və "Ən çox sevdiyim ədəbi qəhrəmanlar" təklif edilib.
 
Sayca 45-ci olan beynəlxalq epistolyar müsabiqənin respublika mərhələsi yekunlaşaraq nəticələri açıqlanıb.  
 
Nəticələrə əsasən, müsabiqədə 35600 ədəd inşa yazısı iştirak edib, 30  nəfər qalib  müəyyənləşib. I yerə layiq görülmüş 3 qalibin hər birinə 150 manat, II yerə layiq görülmüş 6 qalibin, eləcə də III yerə layiq görülmüş 9 qalibin hər birinə 100 manat, həvəsləndirici - IV yerə layiq görülmüş 12 qalibin  hər birinə isə 50 manat məbləğində pul mükafatı təqdim olunub, bütün qaliblər fəxri fərmanla təltif edilib.
 
Beləliklə, birinci yerə Bakı şəhəri, Nərimanov rayonu, Məktəb Lisey kompleksinin X "ç"  sinif şagirdi Mehdiyeva Gülər, Bakı şəhəri, Səbail rayonu, 236 №-li tam orta məktəbin X "ç" sinif şagirdi Şükürov Şirin,  Qazax rayonu, Daş Salahlı  kənd 2 №-li tam orta məktəbin X sinif  şagirdi Qurbanova Ayşən layiq görülüblər.
 
 
Müsabiqədə paytaxt məktəbliləri ilə yanaşı, ölkənin ayrı-ayrı regionlarından olan şagirdlər də fəallıq göstərərək müsbət nəticələrə nail olublar.
 
Ümumdünya Poçt İttifaqının təqdim etdiyi mövzu üzrə qalib elan edilmiş inşa ingilis dilinə tərcümə olunaraq  Azərbaycan Respublikası adından ÜPİ-yə göndərilib. 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL