waplog

“Samsung” iPad 2-ni ələ salıb (Video)


“Samsung” iPad 2-nin birbaşa rəqibi olan Galaxy Tab 10.1 planşetinin irəliləyişi üzrə irimiqyaslı kampaniyaya başlayıb. İlk reklam çarxında Cənubi Koreya istehsalçısı modelin əsas üstünlüklərini göstərib. Həmçinin “Samsung” “Apple” şirkətinin məhsulu iPad 2-ni ələ salmağı da unutmayıb.
İstehsalçılar Galaxy Tab 10.1 planşetinin oyunlar, videoya baxmaq və elektron kitabları oxumaq üçün mükəmməl olduğundan əmindirlər. Videoçarxın qəhrəmanları hamı bir nəfər kimi planşetin üstünlüklərinə əmin olurlar və onu əldə etmək üçün mağazaya gedirlər. Çarxda iPad 2-də Flash texnologiyanın tətbiqi ilə hazırlanmış nümayişi icra edə bilməyən hansısa xanım da mağazaya “Samsung” şirkətinin Galaxy Tab 10.1 planşetini almaq üçün gedir. "İrəli hərəkət etmək vaxtıdır" — “Samsung” Galaxy Tab 10.1-in reklam sloqanı belədir.
Məlumat üçün bildirək ki, ABŞ-da birləşdirilmiş 16 QB və 3G modulsuz modeli 500 dollara, 32 QB-lıq daşıyıcı ilə isə 600 dollara sifariş etmək olar. 







NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL