waplog

Lənkəranda rabitə bərpa olunub


Cənub bölgəsinə yağan yağış və baş vermiş qasırğa nəticəsində bütün sahələr kimi, rabitə və informasiya texnologiyaları sahəsinə də ciddi ziyan dəyib. Problem Lənkəranda daha çox özünü büruzə verib.

Lənkəran TKQ-nın rəisi Camal Əkbərovun verdiyi məlumata görə, baş vermiş təbii fəlakət nəticəsində Lənkəranın bir çox kəndi istiqamətində rabitə sahəsində problemlər yaranıb.

”Rayonun Günəhir kəndində problem daha qabarıq idi. Mərkəzlə kənd arasında rabitə əlaqəsində problem yaranmışdı.

Artıq bu problem həll olunub. İndi kəndlərdə abunə xətlərində olan problemləri aradan qaldırırıq”. O, daha sonra sözügedən istiqamətdə bir neçə körpünü də sel apardığından əlavə problemlərin yarandığını bildirdi.

Qeyd edək ki, baş verən təbii fəlakət nəticəsində cənub bölgəsində bütün sosial və iqtisadi sahələrə, şəxsi təsərrüfatlara ciddi ziyan dəyib. Hal-hazırda ərazidə texnika və canlı qüvvə iş aparır. Leriklə Lənkəran arasında magistral yolda hərəkət bərpa edilib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL