waplog

İlk dəfə “DSL” şəbəkədə məlumatların saniyədə 10 Qbit sürətlə ötürülməsinə nail olunub


“Nokia” şirkətinin rəsmisi bildirib ki,  tarixdə ilk dəfə hibrid optik lifli koaksial şəbəkə üzrə məlumatların simmetrik ötürülməsi zamanı 10 Qbit/s sürətə nail olublar. Bu, yeni “XG-Cable” texnologiyası sayəsində mümkün olub. Rabitə operatorları trafik həcminin artması fonunda kabel şəbəkələrinin buraxılış qabiliyyətinin artmasını təmin edə və xərcləri azalda biləcəklər.

“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən xəbər verir ki, məlumatların simmetrik ötürülməsi informasiyanın eyni zamanda həm ötürülməsi, həm də qəbulu deməkdir.

Məlumatlar 1.2 QHs tezlik diapazonunda "nöqtə-nöqtə" topologiyası üzrə ötürülüb.

“Nokia Bell Labs” bölməsi tərəfindən hazırlanmış “XG-Cable” texnologiyası sayəsində 10 Qbit/s əldə olunub.

“XG-Cable” texnologiyası sayəsində operatorlar əvvəllər fiziki cəhətdən mümkün olmayan və ya iqtisadi cəhətdən faydasız yerlərdə istehlakçılara yüksəksürətli məlumatların ötürülməsi üzrə daha effektiv xidmət göstərə biləcəklər.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL