waplog

Britaniyalı uşaqlar informasiya texnologiyalarına daha çox maraq göstərir


“Westcoastcloud” şirkətinin tədqiqatına əsasən, 5-10 yaş aralığında olan hər bir onuncu britaniyalının “iPhone” smartfonu var.

Eyni yaş aralığında hər iyirminci britaniyalı “iPad” planşetinə malikdir və 10% uşaq “Facebook” və ya “MySpace” sosial şəbəkələrində hesaba malikdirlər.

Sorğuda təxminən 2000 min valideyn iştirak edib. Məlum olub ki, kiçik yaşlı bütün uşaqlar zəng edə bilirlər, lakin yalnız 20% SMS göndərməyi öyrənib, elektron poçt ilə 5% işləyə, heç bir kömək olmadan isə 10% uşaq internetə daxil ola bilər.

68% valideynin sözlərinə görə, onlar mobil qurğuları uşaqlara daha yaxşı nəzarət etmək üçün alıblar. Bununla belə 12% respondent öz uşaqlarına şəbəkədə sərbəst işləməyə icazə verir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL