Baş-beyinin qlobal skan texnologiyası hazırlanıb
ABŞ-ın Rokfeller Universitetinin tədqiqatçıları baş-beyinin qlobal skan edilməsi texnologiyasını hazırlayıblar. Metod bütün aktiv neyronların ətraflı “3D” xəritəsinin təkrar çapına imkan verir.
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, beyinin ənənəvi qeyri-invaziv alətlərlə tədqiqi onun lokal hissələrinin diaqnostikasını keyfiyyətli və daha çox yeri əhatə etmək istəyərkən aydın olmayan təsvirlərlə məhdudlaşdırır. Yeni texnologiya metodoloji çatışmazlığı aradan qaldırmaq məqsədi daşımaqla tədqiqatların aparılmasının sürətləndirilməsinə yönəlib.
Bildirilir ki, texnologiya rənglənmiş hüceyrələrin vizuallaşdırılması üçün yenilənmiş “iDISCO” protokolunun tətbiqinə əsaslanır. Eksperiment çərçivəsində alimlər siçanların beyin fəaliyyətini antipsixotrop dərmanlar daxil etmək, tükləri qıcıqlandırmaq və ya valideyn instinktlərinə müraciət etməklə süni şəkildə pozaraq sonradan pauza edib ölçməni həyata keçiriblər.
Fasilə edilməsinə ehtiyac metodikanın məsrəfləri ilə əlaqədardır. Belə ki, üsul köklü göstəricilərə, xüsusilə neyron genlərin zülallara çevrilməsinə əsaslanır ki, bu proses üçün təxminən 30 dəqiqə tələb olunur.
“iDISCO” vasitəsilə mütəxəssislər “şəffaf” beyinin təsvirini əldə edərək sonradan onu lazer mikroskopun köməyi ilə “3D” formatına keçiriblər. Bütöv hüceyrələri aşkarlamaq və onları mərkəzi sinir sistemi ilə tutuşdurmaq üçün Allen adına Beyin Tədqiqi İnstitutunda yaradılan xüsusi proqram təminatından istifadə olunub. Prosedur təxminən 1 milyon neyronun qeydə alınmasına baxmayaraq kifayət qədər operativ həyata keçirilib.
Metodikanın əsas məqsədi beyin fəaliyyətinin mexanizmləri haqqında fərziyyələrin qısa müddət ərzində düzgün ifadə edilməsinə və yoxlanılmasına köməkdən ibarətdir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL