waplog

Dünya Bankı “Azərpoçt” MMC-nin maliyyə xidmətləri göstərməsini mühüm islahat kimi dəyərləndirir


"Baza maliyyə xidmətlərinin milli poçt operatoru "Azərpoçt" vasitəsilə həyata keçirilməsi bir neçə il bundan öncə başlamış mühüm islahatlardan biridir".

"ICTnews" Elektron Xəbər Xidmətinin məlumatına görə, bu fikir Dünya Bankının "Azərbaycanda Maliyyə Potensialı və İnklüzivliyinin Gücləndirilməsi Hesabatı"nda yer alıb.

Ölkə ərazisində 1600 filialdan artıq şəbəkəsi və bank və digər maliyyə institutlarının  tərəfdaşlığı ilə "Azərpoçt"un ölkədə maliyyə inklüzivliyi və əlyetərliyinin artırılmasına əhəmiyyətli dərəcədə töhfə verə biləcəyi də hesabatda vurğulanıb.

Qeyd edək ki, sözügedən hesabat Azərbaycan Mərkəzi Bankının müraciəti əsasında İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilən "İstehlakçıların  Hüquqlarının Müdafiəsi və Maliyyə Savadlılığı" texniki yardım layihəsi çərçivəsində hazırlanıb.

CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL