Masaüstü kompüterlər üçün ilk 10 nüvəli prosessor təqdim edilib
“Intel” korporasiyası masaüstü prosessorlar üzrə istehsal xəttində 10 nüvəli ilk çipini təqdim edib. Bu, şirkət tərəfindən buraxılmış ən güclü masaüstü prosessordur. “Intel Core i7-6950X Extreme Edition” adlandırılmış çipin dəyəri 1723 ABŞ dolları təşkil edir.
Texniki xarakteristikalar
“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən xəbər verir ki, “Core i7-6950X Extreme Edition” prosessorunun standart takt tezliyi 3 QHs, “Turbo Boost” rejimində maksimum takt tezliyi isə 3.5 QHs təşkil edir. Üçüncü səviyyəli keş yaddaşın tutumu 25 MB təşkil edir. 4 kanallı “DDR4-2400” əməli yaddaş, 40 xətli “PCI Express 3.0” şini və “Hyper-Threading” texnologiyasını dəstəkləyir. Çipin istilik ayırma (“TDP”) qiyməti 140 Vatta bərabərdir.
14 nanometr texnologiya əsasında hazırlanmış “Core i7-6950X” prosessoru “LGA 2011-v3” konnektoru üçün nəzərdə tutulub və “3-D Tri-Gate” tranzistorlarından ibarətdir.
Yeni çipdə əsas yeniliklərdən biri “Turbo Boost Max 3.0” texnologiyasıdır. Əsas özəlliyi hər bir nüvənin takt tezliyini ayrı-ayrılıqda tənzimləmək qabiliyyətidir. Müqayisə üçün, “Turbo Boost” texnologiyası eyni anda bütün nüvələrin tezliyini tənzimləyir. Bu, proqram yalnız bir axından istifadə etdiyi hallar üçün faydalıdır. Beləliklə, “Turbo Boost Max 3.0” texnologiyası bu proqramı konkret bir nüvəyə "bağlayır" və onun takt tezliyini yüksəldir. Bu, proqramın məhsuldarlığını 15% yüksəltməyə imkan verir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL