waplog

Dronların yüksəlişi


Sürətlə inkişaf edən pilotsuz uçan aparat (dronlar) sənayesi dövlət subsidiyası və dəstəyinə bir o qədər bel bağlamır, sözügedən sənayenin iştirakçıları yeni bazarın inkişafının öhdəsindən uğurla gəlirlər. Şəhərlərdə dronlardan istifadəyə dair ciddi məhdudiyyətlərin bu sahənin inkişafına mane olduğunu düşünürsünüzsə, bu belə deyil.

“ICTnews” Elektron Xəbər Xidməti “vestifinance.ru” saytına istinadən xəbər verir ki, dronlar üçün aparat və proqram təminatı tədarükçülərinin sayı daima artır və hazırda tədarükçülər ən müxtəlif sahələr (kənd təsərrüfatı, energetika, tikinti və sairə) üzrə çoxlu sayda müştəriləri təmin edirlər.

Tədarükçülərin əksəriyyətini kiçik özəl şirkət və startaplar təşkil edir, hərçənd iri müdafiə şirkətləri və sənaye konqlomeratları da dronlarla bağlı texnologiyalara aktiv sərmayə qoymağa başlayıblar.

Bu yaxınlarda “Business Insider Intelligence” kommersiya tipli dronlar bazarı üzrə ciddi təhlil apararaq bu sahədəki vəziyyət barədə müfəssəl məlumat toplayıb və texnoloji sahənin inkişaf perspektivləri ilə bağlı proqnoz verib.

Proqnoza əsasən, kommersiya tipli dronlar kənd təsərrüfatı, enerji, kommunal xidmətlər, tikinti, daşınmaz əmlak, KİV və kino istehsalında tətbiq ediləcək.

Hazırda dron sənayesinin aktiv inkişafı bu texnologiyanın mülki vətəndaşlar tərəfindən tətbiqi ilə bağlıdır, hərbi bazada isə dronların populyarlığı yüksək deyil. 2015-2020-ci illərdə kommersiya/mülki pilotsuz uçan aparat bazarının ümumi orta illik artım tempi təxminən 19% təşkil edəcək və bu müddət ərzində sözügedən bazarın həcmi 2 dəfə yüksələcək. Dron sənayesi ilkin mərhələdə elektron kommersiya və bağlamaların çatdırılması sahələri üzrə təmərküzləşməyəcək.

ABŞ-da dronların tənzimlənməsi qanunu bu texnologiyanın kommersiya məqsədi ilə istifadəsinə qoyulmuş qadağanı ləğv edəcək və pilotsuz uçan aparat pilotun görünüş dairəsində olduğu müddətdə onlardan istifadəyə imkan verir. Artıq bu ilin sonunadək kommersiya dronlarından istifadə genişlənəcək. Dronların istehsalı üzrə bir çox tanınmış şirkətlər ABŞ bazarından kənara çıxaraq artıq İsveçrə, Kanada, İsveç, Çin və Koreyada aktiv inkişaf edirlər.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL