waplog

Rabitə müəssisələrinin Həmkarlar İttifaqı fəalları vətəndaş cəmiyyətində qadınların rolu ilə bağlı seminarda iştirak edib


“Gender bilikləri və texnologiyaları məktəbi” (GBTM) adlı kompleks proqram çərçivəsində “Vətəndaş cəmiyyətində qadınların rolu, lider qadın obrazının formalaşması”  mövzusunda seminar keçirilib.
 
Üç mərhələdən ibarət olan GBTM proqramı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 28 dekabr 2004-cü il tarixli III Məclisinin qərarına əsasən müəssisə və təşkilatlarda çalışan Həmkarlar İttifaqı fəalları üçün qəbul olunub. Artıq birinci və ikinci mərhələlər həyata keçirilib.
 
“Vətəndaş cəmiyyətində qadınların rolu, lider qadın obrazının formalaşması”  mövzusunda seminar ikinci mərhələnin sonunda proqram iştirakçıları üçün təşkil olunub, onlar sertifikatlarla təltif ediliblər.
 
Seminarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri Namiq Hüseynov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Seymur Orucov və rabitə müəssisələrinin Həmkarlar İttifaqı fəalları iştirak ediblər.
 
Qeyd edək ki, GBTM proqramının məqsədi müəssisə və təşkilatlarda çalışan əməkçiləri aktiv  Həmkarlar İttifaqı fəaliyyətinə cəlb etmək, onların  gender  biliklərini artırmaq, qadınlar arasında liderlik keyfiyyətlərini gücləndirmək, Həmkarlar İttifaqı təlimatçılarının mobil qrupunu hazırlamaq və Həmkarlar İttifaqına üzvlüyün motivasiyasını yüksəltməkdir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL