waplog

1 qram ağırlığında yeni “SSD” daşıyıcı təqdim olunub


“Samsung” şirkəti ABŞ-ın poçt markası ölçüsündə olan inanılmaz yığcam “SSD” daşıyıcının kütləvi istehsalına başlayıb. Son dərəcə nazik ultrabuklara quraşdırılma üçün nəzərdə tutulmuş “PM971-NVME” adlı daşıyıcının ölçüləri 20 x 16 x 1,5 mm təşkil edir, çəkisi isə 1 qramdır.

Cənubi Koreya şirkətinin press-relizinə əsasən, 512 QB tutumunda olan sərtgövdəli daşıyıcı “PCI Express” (“PCIE”) şini ilə qoşulur və “Non-Volatile Memory Express” (“NVMe”) protokolunu dəstəkləyir. Bundan başqa, “PM971-NVME” daşıyıcısının məhsuldarlığı adi “SATA SDD” ilə müqayisədə 3 dəfə yüksəkdir, form-faktoru isə ən kiçikdir.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən xəbər verir ki, mikrosxemin oxuma sürəti saniyədə 1500 meqabayt, yazma sürəti isə 900 meqabayt təşkil edir. Məsələn, “SSD” daşıyıcı 5 QB tutumunda videofaylı 3 saniyə ərzində ötürmək qabiliyyətinə malikdir.

“Samsung” şirkətinin yeni daşıyıcısı 3 variantda (128, 256 və 512 QB) buraxılacaq. Yeni “SSD” daşıyıcı növbəti aydan əlçatan olacaq.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL