Süni intellektin yeni imkanları
“Google” şirkətinin neyron şəbəkəsi 90 saniyəlik ilk musiqisini bəstələyib. Bu barədə “Techcrunch” nəşri yazıb.
“ICTnews” Elektron Xəbər Xidməti “gazeta.ru” saytına istinadən yazır ki, “Magenta” layihəsinin mütəxəssisləri tərəfindən yaradılmış neyron şəbəkəsi dörd notdan ibarət musiqi bəstələyib. Neyron şəbəkə tərəfindən bəstələnmiş musiqi “Moogfest” festivalında səsləndirilib. Bu, layihənin kompüter təlimi vasitəsilə musiqi və incəsənət əsərlərinin yaradılması üçün nəzərdə tutulmuş ilk məhsuludur.
"Biz audio və video, “MIDI” kimi formatlarla işləmək üçün alətləri, həmçinin rəssamlara kompüter təlimi ilə qarşılıqlı əlaqədə olmaq üçün platformalara dəstək verəcəyik" – “Magenta”nın tərtibatçılar komandası bildirib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL