Süni intellekti zərərsizləşdirmək üçün üsul təqdim edilib
ABŞ-ın Oksford Universitetinin və "Google" şirkətinə məxsus "DeepMind" laboratoriyasının tədqiqatçıları öz-özünə öyrənən alqoritmlər üçün qəza vəziyyətində söndürülmə sistemi üzərində işə başlayıblar. Sistem süni intellektin nəzarətdən çıxması hallarında kömək edə biləcək.
"ICTnews" Elektron Xəbər Xidməti "Naked Science www.naked-science.ru" resursuna istinadən yazır ki, tədqiqatçıların sözlərinə görə, işin məqsədi süni intellektə söndürülmə komandasına etinasızlıqla yanaşmaq üçün üsul tapmağa imkan verməyəcək proqram platformasının yaradılmasıdır. Söhbət "böyük qırmızı düymə"dən gedir. Bu məqsədlə aparılan iş özündə mühafizə metodlarını ehtiva edən riyazi analizdən ibarətdir.
Bildirilir ki, əgər belə süni intellekt insanın nəzarəti altında real vaxt rejimində işləyirsə, bəzən operator süni intellektin özü və ya onu əhatə edənlər üçün təhlükəli hərəkətləri yerinə yetirməməyə görə böyük qırmızı düyməni basmaq məcburiyyəti ilə üzləşə bilər.
Həmçinin "böyük qırmızı düymə" robotun cari hərəkətlərini dayandırmağa və onu və ətrafdakıları potensial təhlükəli vəziyyətdən qorumaq üçün maksimum təhlükəsiz etməyə, eləcə də gözlənilməz nəticələrə səbəb ola biləcək hərəkətlərin qarşısını almağa zəmanət verməlidir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL