Əlavə reallıq şlemi suyun altında istiqaməti müəyyənləşdirməyə kömək edəcək
ABŞ Hərbi-Dəniz Qüvvələrinin mütəxəssisləri əlavə reallıq displeyi ilə təchiz edilən dalğıc kaskasının prototipini yaradıblar.
"ICTnews" Elektron Xəbər Xidməti "N+1 www.nplus1.ru" resursuna istinadən yazır ki, dalğıc baş geyimi şlemin daxilində quraşdırılan və təsviri istifadəçiyə göstərən "DAVD" (Divers Augmented Vision Display) displeyi ilə təchiz edilib. İstifadəçi arzusuna uyğun virtual reallıq ekranını yandıra və ya söndürə bilər.
Layihə müəllifi qeyd edib ki, displey şlemin üst tərəfində deyil, daxilində quraşdırıldığına görə ondan "Dəmir adam" filmindəki kimi istifadə etmək mümkündür. Siz həmişə lazım olan məlumatı şlemin içində görə bilərsiniz.
Bildirilir ki, əlavə reallıq displeyinin quraşdırılması hidrolokator qurğusundan (sonar) məlumatları, mətnli yazışmaları, təsviri və hazırkı tapşırığı yerinə yetirmək üçün lazım ola biləcək digər informasiyanı real vaxt rejimində daxil etməyə imkan verir. Beləliklə, dalğıc hazırda ehtiyac duyduğu aktual məlumatları suyun altına enməzdən əvvəl nəyisə unutmaqdan ehtiyat etmədən ala biləcək.
Sistem xüsusilə batmış gəmilərin və ya oxşar obyektlərin axtarışı zamanı aktual ola bilər. Əlavə informasiya qapalı yerlərdə və mürəkkəb mühitdə yolu daha dəqiq müəyyənləşdirməyə kömək edəcək. Mütəxəssislər qeyd edirlər ki, oxşar kaskalardan həm hərbi, həm də mülki məqsədlər üçün istifadə etmək olar.
Hazırkı mərhələdə alimlər iyirmi sualtı işlər mütəxəssisi ilə məsləhətləşərək layihə üzərində işi davam etdirirlər.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL