Rabitə və yüksək texnologiyalar naziri Xaçmazda vətəndaşları qəbul edəcək
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 10 iyun tarixində saat 12:00-da Xaçmaz şəhərində Xaçmaz, Xızı, Siyəzən, Şabran, Quba, Qusar rayonlarında və Sumqayıt şəhərində yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
Xaçmaz rayonunda 02332 52218
Xızı rayonunda 02331 50372
Siyəzən rayonunda 02330 40120
Şabran rayonunda 02335 32004
Quba rayonunda 02333 55050
Qusar rayonunda 02338 53157
Sumqayıt şəhərində 01864 23500
nömrəli telefonlara zəng edilməsi xahiş olunur.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL