waplog

Robotlar bank əməkdaşlarının işini əlindən alacaq?!


“PwC” analitiklərinin qiymətləndirməsinə görə yaxın 5 ildə bankların texnoloji imkanları xeyli dəyişikliyə məruz qalacaq. “Bulud” texnologiyasının inkişafı, blokçeyn texnologiyası, böyük məlumatlar, əşyalar interneti, həmçinin süni intellekt və robot texnikası maliyyə təşkilatları üçün əsas amillər olacaq.

“PricewaterhouseCoopers” (“PwC”) şirkəti tərəfindən dərc edilmiş hesabatda 2020-ci ilədək maliyyə bazarının texnoloji transformasiyası üzrə proqnozunu təqdim edib. Analitiklər bildiriblər ki, ofislərə sınaq və əlavə qismində hazırlanmış rəqəmli kanallar hazırda müştərilərlə əsas qarşılıqlı əlaqə üsuluna çevrilib.

“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən xəbər verir ki, indiki anlamda vasitəçi kimi bankların rolu zəifləyəcək, maliyyə xidmətləri sahəsində "birgə istehlak" modeli geniş yayılacaq. "Bu model İT-nin köməyi ilə sahiblər və kapital istifadəçiləri arasında ən müvafiq uyğunluqların axtarışını nəzərdə tutur" – hesabatda deyilir.

Analitik alətlər biznesin inkişafında əsas alətə çevriləcək.

İnformasiya təhlükəsizliyi artıq banklar üçün əsas risk amillərindən biri hesab edilir və çətin ki, bu vəziyyət gələcəkdə yaxşıya doğru dəyişsin, çünki texnologiyalar daima inkişaf edir və mürəkkəbləşir, müdafiə perimetri çoxlu sayda mobil qurğu qoşulmaları nəticəsində zəifləyir. "Bank kartlarından istifadə nəticəsində əməliyyatların təhlükəsizliyini təmin edən alətlər əşyalar interneti dövründə işə yaramayacaq" – “PwC” şirkətinin maliyyə xidmətləri texnologiyaları sahəsində qlobal təcrübə rəhbəri Culien Kurb bildirib.

Başqa bir trend süni intellekt və robot texnikasının inkişafından ibarətdir. "Belə hiss yaranır ki, qısa müddətdən sonra bankların əməliyyat mərkəzlərində yüksək texnologiyalı robotlar əməkdaşları əvəz edəcək" – Kurb belə düşünür.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL