waplog

“Ericsson”: “2020-ci ilədək daşınan qurğular smartfon funksiyalarını yerinə yetirəcək”


Daşınan texnologiyalar bazarına həsr edilən yeni "Ericsson ConsumerLab” hesabatına görə, smartfon istifadəçiləri arasında daşınan qurğu sahiblərinin sayı son ildə iki dəfə artıb. Tədqiqat iştirakçıları üçün daha çox marağı sağlamlıq vəziyyətinin monitorinqi üçün daşınan qurğular deyil, həyəcan düyməsi və fərdi lokatorlar kimi şəxsi təhlükəsizlik funksiyaları ilə təchiz edilən qurğular kəsb edir.

“ICTnews” Elektron Xəbər Xidməti “CNews” resursuna istinadən yazır ki, ən çox tələb olunan qurğular beşliyinə daşınan həyəcan siqnalı düyməsi (32 faiz), “ağıllı” saat (28 faiz), fərdi treker (27 faiz), fərdi identifikator (25 faiz) və sutəmizləyicisi (24 faiz) daxildir.

Hesabata görə, istifadəçilər növbəti beş il ərzində daşınan qurğular bazarında canlanma gözləyirlər. Hər üç sorğu iştirakçısından biri hesab edir ki, 2020-ci ildən sonra ən azı beş daşınan qurğudan istifadə edəcək. Həmçinin respondentlərin 43 faizi əmindir ki, bu qurğular smartfonları əvəzləyəcək və insanlara “Əşyalar interneti” ekosistemində əşya və obyektlərlə əlaqə qurmağa imkan verəcək. Bildirilir ki, daşınan texnologiyaların yayılması rəqəmli və fiziki dünyaların konvergensiya prosesini sürətləndirəcək.

Rəyi soruşulanların 60 faizinin fikrincə, yaxın beş il ərzində insan bədənində deyil, onun daxilində daşınan qurğular daha geniş yayılacaq. Buna misal kimi vacib sağlamlıq göstəricilərinin izlənilməsi ilə yanaşı, qapıların açılması, qurğu sahibinin identifikasiyası üçün istifadə ediləcək dərialtı çipləri qeyd etmək olar.

Smartfonların çoxfunksiyalı qurğular kimi populyarlığının azalması “Ericsson” şirkətinin ötən ilin sonunda keçirdiyi digər tədqiqatın nəticələrində də öz əksini tapıb. Tədqiqata görə, hər ikinci smartfon istifadəçisi hesab edir ki, beş ildən sonra smartfonlar keçmişdə qalacaq, onların yerini süni intellekt sistemləri tutacaq.

Hesabat Braziliya, Çin, Cənubi Koreya, Böyük Britaniya və ABŞ-ın 5 min smartfon istifadəçisinin rəyi əsasında hazırlanıb. Qeyd olunan respondentlərin yarısı daşınan qurğu istifadəçisidir.  

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL