Rabitə və yüksək texnologiyalar naziri Xaçmazda vətəndaşlarla görüşüb
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerindəcə tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə tapşırıq və tövsiyələrinə uyğun olaraq rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bölgədə növbəti görüşünü keçirib.
Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə iyunun 10-da Xaçmaz şəhərində keçirilmiş görüşdə Xaçmaz, Xızı, Siyəzən, Şabran, Quba, Qusar rayonlarında və Sumqayıt şəhərində yaşayan vətəndaşların müraciətləri dinlənilib.
Müraciətlər əsasən, telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələləri əhatə edib.
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.
Nazir R.Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL