waplog

Mobil proqramlar bazarında kəskin artım proqnozlaşdırılıb


Mobil proqramlar mobil ƏS-nə malik tərtibatçılara və şirkətlərə böyük  məbləğdə gəlir qazandırır və bu  məbləğ ildən-ilə artır. “App Annie” şirkətinin analitikləri artıq bu ongünlükdə müvafiq bazarın daha kəskin artımını proqnozlaşdırıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “infox.ru” saytına istinadən xəbər verir ki, “App Annie” şirkətinin ekspertlərinin məlumatına görə, 2020-ci ilin sonunadək mobil proqramlar bazarının ümumi həcmi 102 milyard dollara yaxınlaşacaq. “CNET” portalının məlumatına görə, bu göstərici 2015-ci ilin sonunda əldə edilmiş nəticədən təqribən iki dəfə yüksəkdir.

Analitiklər hesab edirlər ki, sözügedən bazarın belə sürətli inkişafına səbəb var, belə ki, dünyada yığcam rabitə vasitələrinə (smartfon və planşet) tələbat artır və sonuncu mobil proqramlar olmadan çox darıxdırıcı görsənir. “Google Play” və “Apple App Store” onlayn mağazalarından yükləmələrin sayı hər gün artır və bir çox populyar proqramlar artıq milyardlarla qurğuya qurulub.

Ekspertlərin proqnozuna görə, mobil proqramlar bazarının həcmi satışların deyil, onlar daxilində baş verəcək mikrotranzaksiyaların hesabına yüksələcək. Bu, əlavə funksiya, şəbəkə oyunlarında iştirak və ya növbəti mobil oyunda etapları daha sürətli və rahat keçmək üçün oyun predmetlərinin satın alınması deməkdir. Ən çox ABŞ və Qərbi Avropa sakinləri mobil proqramlara pul xərcləyirlər, Asiya-Sakit okean regionu bu yaxınlarda sözügedən reytinqdə üçüncü olub. Mobil proqramlar kataloquna giriş imkanına malik ucuz smartfonlara kəskin tələbat müşahidə olunur.

Ekspertlərin proqnozuna görə, yaxın illərdə Hindistan, Braziliya və Argentina kimi ölkələr mobil bazarın yüksəlişinə xeyli təsir göstərəcək. Ancaq smartfonların populyarlaşma tempinin mümkün enişini unutmaq lazım deyil.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL