waplog

Ötən ay “Elektron hökumət” portalına müraciət edənlərin sayı məlum oldu


Bu gün ölkəmizdə elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki,  vətəndaşların əksəriyyəti sosial-iqtisadi həyatın bir çox sahələrini əhatə edən xidmətlərdən elektron şəkildə faydalanmağa üstünlük verirlər.

Bütün bu xidmətlərin bir mərkəzdə  - “Elektron hökumət” portalında cəmləşməsi isə onların işini daha da asanlaşdırır. İstifadəçi rahatlığını və məmnunluğunu təmin etmək üçün portalda təqdim edilən xidmətlərin sayı və çeşidi fasiləsiz olaraq yenilənir.  

Hazırda portalda 42 sahə üzrə elektron xidmət vətəndaşlar üçün açıqdır. Portalda real vaxt rejimində dəyişən sayğac vasitəsi ilə, elektron xidmətlərə müraciət sayını, daha çox istifadə edilən xidmətlərin statistikasını müəyyən etmək mümkündür.  

Statistikaya əsasən, may ayı ərzində vətəndaşlar portalda yer almış 42 sahə üzrə təqdim olunan 311  elektron xidmətə müraciət edib.

Beləliklə, ötən ay ümumilikdə müraciətlərin sayı 1 851 309 təşkil edib. 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL