waplog

2018-ci ilədək “ağıllı” qurğular satış həcminə görə mobil telefonları ötəcək


Mütəxəssislər tərəfindən yaxın gələcək üçün proqnozlaşdırılan "Əşyalar interneti" konsepsiyasının çox sürətli inkişafı böyük sayda dəyişikliklərə səbəb olacaq. Məsələn, rabitə xidmətlərinin ödənilməsi sxemi kimi bəzi iqtisadi modellərə yenidən baxılacaq. Analitiklərin proqnozuna əsasən, 2021-ci ilədək “ağıllı” qurğuların satış həcmi mobil telefonları ötəcək və bu, onunla nəticələnəcək ki, “ağıllı” qurğuların internetə qoşulması abunəçilər deyil, müxtəlif xidmətlər tərəfindən ödəniləcək.

“ICTnews” Elektron Xəbər Xidməti “planet-today.ru” saytına istinadən xəbər verir ki, "işləmə sxemi olduqca sadədir: mən internetə pulsuz çıxış əldə edirəm və pulsuz mobil rabitə üçün bonus təqdim edən mağazalardan alış-veriş edirəm"  - "Telecom Daily" analitik agentliyinin direktoru Denis Kuskov deyib.

Kuskov bildirir ki, bəzi "ağıllı" qurğulara belə iqtisadi modelə uyğunlaşmaq bir qədər mürəkkəb olacaq, lakin onlar üçün, yəqin ki, müvafiq həllər tapılacaq. Analitik, həmçinin qeyd edib ki, “5G” rabitə şəbəkəsinin inkişafı, həmçinin innovativ proqram həllərinin yaradılması “Əşyalar interneti”nin inkişafını təmin edəcək.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL