“Android” dünya bazarında payını artırmaqda davam edir
“Kantar Worldpanel” tədqiqat şirkəti mobil əməliyyat sistemləri bazarının vəziyyəti ilə bağlı bu ilin fevralından başlayaraq üç ayı əhatə edən yeni hesabat dərc edib. Hesabata görə, hər hansı ciddi dəyişiklik baş verməyib. Belə ki, “Google” şirkətinin “Android” mobil əməliyyat sistemi dünya bazarında payını artırmaqda davam edir, müvafiq olaraq “Apple” və “Microsoft” şirkətlərinə məxsus "iOS” və “Windows” tədricən mövqelərini itirir.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, Avropada “Android” ümumi bazarda 76 faiz paya sahibdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5,8 faiz çoxdur. “iOS” sistemi bu regionda 1 faiz, “Windows” 4,5 faiz itirib. Hətta "Apple” şirkətinin maksimum diqqət yetirdiyi Çin bazarında da “iOS”-un payı il ərzində 4,4 faiz azalıb.
Analitiklər qeyd edirlər ki, “Android” sisteminə əsas axını əsasən keçmiş "Windows” və “iOS” istifadəçiləri təşkil edir. Həmçinin ötən il ABŞ-da 2,5 faiz itirən “iOS”-un hazırda orada bazar payı 30,7 faizə bərabərdir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL